'Neftçi' siyahıda irəlilədi

İDMAN
13:03 03.09.2012
1509
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. AZXEBER.COM-un məlumatına görə, ötən ay ölkəmizin dünyanın ən yaxşı 400 klubu siyahısındakı yeganə təmsilçisi olan “İnter” bu dəfə sıralamada yer almayıb.“İnter”in əvəzinə siyahıya “Neftçi” daxil olub. Bu il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan Böyükağa Hacıyevin yetirmələri 73 xalla 305-ci pilləyə şəriklər sırasında yer alıb. Ötən ay 566-cı olan “ağ-qaralar” buna 261 pilləlik sıçrayış hesabına nail olub.

OXŞAR XƏBƏRLƏR