"Neftçi" baş məşqçisi ilə müqaviləni yeniləməyib.
AZXEBER.COM-un məlumatına görə, "Neftçi" PFK əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Müşahidə Şurasının və təsisçilərin qərarı ilə onunla qüvvədə olan müqavilə yenilənməyib.
Qeyd edək ki, "Neftçi” Tərlan Əhmədovun rəhbərliyi ilə cari mövsümdə çempionatı 3-cü yerdə tamamlayıb.