"Neftçi" UEFA-dan təhlükəsizliyə zəmanət istədi

İDMAN
17:30 28.08.2012
1371
Avqustun 30-da Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində səfərdə APOEL-lə qarşılaşacaq “Neftçi” mümkün təxribatların qarşısını almaq üçün UEFA-ya xüsusi məktub göndərib.
Bu haqda açıqlamasında paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, məktubda “Neftçi”nin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması xahiş olunub: “Məktubda eyni zamanda 1995-ci ildə yaşanan xoşagəlməz olay da öz əksini tapıb. UEFA-dan xahiş etdik ki, komandamızın təhlükəsizliyinin yüksək səviyyə təmin olunmasını diqqətdə saxlasın. İnanırıq ki, bu dəfə hansısa xoşagəlməz olay yaşanmayacaq. APOEL-in prezidenti özü də bununla bağlı bizə söz verib”.
Qeyd edək ki, APOEL-“Neftçi” matçı avqustun 30-da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
//qol.az

OXŞAR XƏBƏRLƏR