"Neftçi" və "Qəbələ"nin Avroliqa oyununda işıq olacaq? - AÇIQLAMA

"Neftçi" və "Qəbələ"nin Avroliqa oyununda işıq olacaq? - AÇIQLAMA
İDMAN
17:10 12.07.2018
7763
Avropa Liqasında "Qəbələ" və "Neftçi" komandalarının bugünkü ev oyunları zamanı stadionların qaranlığa qərq olacağı gözlənilmir. 

Hər iki klubdan Sportnet.az-a verilən məlumata görə, Qəbələ şəhər stadionu və "Dalğa Arena" generatorlarla təchiz olunub. İşıqlar sönəcəyi təqdirdə generatorlar işə düşəcək. 

Qeyd edək ki, "Qəbələ"nin Lüksemburq "Proqres"i ilə görüşü saat 20:00-da, "Neftçi"nin Macarıstan "Uypeşt"i ilə qarşılaşması saat 21:00-da başlanacaq. Son günlər Azərbaycan ərazisində işıqların sönməsi halları müşahidə olunmaqdadır. İyulun 3-nə keçən gecə bütün ölkədə işıqlar uzun müddət sönüb. Bu gün isə əksər yerlərdə qısa müddət ərzində işıq olmayıb.     
OXŞAR XƏBƏRLƏR