"Neftçi" və "Zenit" komandaları sentyabrda yenidən qarşılaşa bilərlər

İDMAN
21:09 11.08.2023
243
Neftçi və Zenit komandaları sentyabrda yenidən qarşılaşa bilərlər
Bu ilin sentyabrında "Neftçi" və Rusiya "Zenit"i arasında daha bir yoldaşlıq oyunu keçirilə bilər.

"Report" "Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, matçın milli komandaların görüşləri ilə bağlı çempionatlarda yaranacaq fasilə dövründə təşkili planlaşdırılır.

İddiaya görə, Sankt-Peterburqda oynanılacaq qarşılaşmanın sentyabrın 7-si və ya 8-də olacağı gözlənilir.

Qeyd edək ki, iki komanda bu yay artıq bir dəfə üz-üzə gəlib. İyulun 1-də "Match TV" kubokuna təsadüf edən oyunda "ağ-qaralar" 1:3 hesabı ilə uduzub.
OXŞAR XƏBƏRLƏR