Bu gün “Neftçi” növbəti avrokubok sınağına çıxıb.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayan “ağ-qaralar” 2015/16 mövsümünün ölkəmizdə baş tutmuş ilk qarşılaşmasının iştirakçısı olub.
Digər komandalar səfərdə oynadığından doğma azarkeşlər önünə birinci çıxan “Neftçi”nin rəqibi “Mladost” olub.
Oyun maraqlı mübarizə şəraitində keçib. İlk qol isə qonaqlardan gəlib. 34-cü dəqiqədə Laqator fərqlənib.
"Neftçi"nin cavabı isə özünü çox gözlətməyib. 36-cı dəqiqədə Kamal Qurbanovun ötürməsi birbaşa qapıya yönəlib - 1:1.
Araz Abdullayevin 55-ci dəqiqədə vurduğu gözəl qol "ağ-qaralar"ı hesabda önə keçirsə də, qonaqlar 87-ci dəqiqədə bərabərliyə nail ola biliblər. LukaMirkoviç fərqlənib.
Matç bu hesabla bitib.
Avropa Liqası I təsnifat mərhələsi, ilk oyun
“Neftçi” (Azərbaycan) – “Mladost” (Monteneqro) - 2:2
Qol:Kamal Qurbanov, 36, Araz Abdullayev, 55 - Laqator, 34, Mirkoviç, 87
Hakimlər:Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Dördüncü hakim: Hakan Ceylan (hamısı Türkiyə)
“Neftçi”:Aqil Məmmədov, Xuan Alberto Melli, Elvin Bədəlov, Aylton, Kamal Qurbanov, Elşən Abdullayev, Araz Abdullayev, Rəhman Hacıyev, Ruslan Qurbanov, Samir Məsimov, Məhəmməd Qurbanov
Ehtiyat oyunçular:Maksim Vaylo, Rahil Məmmədov, Əziz Quliyev, Kamran Nəcəfzadə, Nicat Qurbanov, Orxan Qurbanlı, Mirabdulla Abbasov
Baş məşqçi:Samir Əliyev
“Mladost”:Mileta Raduloviç, Luka Peyoviç, İvan Novoviç, Miloş S. Raduloviç, Miloş Lakiç, Miloş B. Raduloviç, Duşan Laqator, Mirko Rayçeviç, Blajo İqumanoviç, Milan Dyurişiç, İvan Vukoviç
Ehtiyat oyunçular:Vuk Radoviç, Luka Mirkoviç, Aldin Adzoviç, Bojo Osmayliç, Jasmin Muhoviç, Boyan Baboviç, Marko Sçepanoviç
Baş məşqçi:Nikola Rakoyeviç
Bakı. “Bakcell Arena”