"Neftçi"də diktatura: "İstefa" qışqıran azarkeş klubdan qovuldu

"Neftçi"də diktatura: "İstefa" qışqıran azarkeş klubdan qovuldu
İDMAN
16:41 05.04.2017
1661
"Neftçi” rəhbərliyi azarkeşlərlə iş üzrə əlaqələndirici Kənan Hənifəyevi tutduğu vəzifədən uzaqlaşdırıb. Lent.az-ın futbolinfo.az-a istinadən məlumatına görə, bu barədə paytaxt klubunun azarkeşlərinin "Facebook" səhifəsində məlumat verilib. Onun vəzifəsindən azad edilməsinə Topaz Premyer Liqanın 24-cü turunun "Sumqayıt”a qarşı matçında bəzi azarkeşlərin klub rəhbərliyini və məşqçi heyətini istefaya səsləməsi səbəb göstərilir.
 
Qeyd edək ki, "Neftçi" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub. Bununla da inların Premyer Liqada bu mövsümü medalsız başa vuracağı qətiləşib. "Bəli, artıq son iki məğlubiyyətin günahkar tapılıb və bundan sonra komandamız "qələbələri sıralayacaq”. Demə, ən böyük günahkar klubumuzun azarkeşlər üzrə kordinatoru Kənan Hənifəyev imiş. Bəli, dünən (srağagün – red.) məhz onun meydana buraxdığı 11-lik azarkeşlərimizi məyus etdi. Məhz Kənan qapıya Baykoviçi deyil, Vaylonu qoymuşdu. Hətta bu da azdır. 2-ci hissədə Kənan meydana çıxmalı, Cavidin göyqurşağına göndərdiyi topu ordan endirib Fərhadın qapısından keçirməli idi. Bax budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik” – deyə "Neftçi” azarkeşlərinin "Facebook" səhifəsindəki paylaşımda bildirilib.
 
"UEFA-nın lisenziyalaşdırma tələblərindən biri azarkeşlərlə iş üzrə rəsmi klub koordinatorunun olmasıdır. Bu, ştatlı vəzifədir. Mövsümə 15-16 legioner dəvət edən və Avropaya can atan klub bunları nəzərə almalıdır. "Neftçi" kimi köklü klubdan isə deyirlər ki, "belə bir vəzifəyə ehtiyacımız yoxdur”. Bu, klubun azarkeş-fanata verdiyi əsl "dəyər"dir”. Bu sözləri Qol.az saytına açıqlamasında "Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.
 
O, komandanın bəzi fanatlarının ötən bazar günü "Sumqayıt”la oyunda səsləndirdiyi "istefa” şüarına görə klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyevin tutduğu vəzifədən uzaqlaşdırmasını tənqid edib.
 
Tahir Süleymanov deyib: "Belə görünür ki, tarixi anti-rekordların fonunda indiki "Neftçi"i rəhbərliyinə azarkeşlərin stadiona gəlməsi sərf etmir. Hətta UEFA bayrağı altında keçirilən görüşlərdə digər klub rəsmiləri ilə yanaşı azarkeşlərlə iş üzrə koordinatorun da fəaliyyəti UEFA nümayəndəsinin nəzarətində olur və əlaqələndirilir”. Bəs, azarkeşin səsləndirdiyi istefa çağırışına görə klubun nümayəndəsinin vəzifədən çıxarılması peşəkarlıq və mənəvi baxımdan nə dərəcədə doğrudur? Tahir Süleymanovun bu suala cavabı belə olub: "Neftçi" xalqın, azarkeşindir, kimlərinsə şəxsi klubu deyil. Heç kim cibindən "Neftçi"yə sponsorluq etmir. 80-yaşlı köklü klubun borcudur ki, daimi nəticələr göstərsin və azarkeşlərini sevindirsin. 8 komandalı çempionatdın yekununa 4 tur qalmış 14 (!) məğlubiyyət alan kluba cavabdeh şəxslər "istefa" sözünü eşitmədən özləri getməlidirlər. 3 ilə yaxındır dağıdıcı təfəkkürlə "Neftçi" kimi klubu idarə edənlər futbolu, mənəviyyatı, azarkeşi deyil, ancaq özlərini düşünürlər. Milyonlarla vəsaitin havaya sovurulmasının hesabatını azarkeş-fanat deyil, "Neftçi"yə cavabdehlər verməlidir. Gede biabırçılığından sonra "Neftçi" tarixi uğurlar qazandığı dönəmdə belə mövsüm ərzində bu sayda legionerdən istifadə etməyib”.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Real" müdafiəçisi ilə yolları ayırıb
19:00 16.07.2025
"Real" müdafiəçisi ilə yolları ayırıb
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
18:48 16.07.2025
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
18:34 16.07.2025
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
18:21 16.07.2025
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi