“Neftçi”də yeni təyinat

“Neftçi”də yeni təyinat
İDMAN
22:35 02.05.2018
7702
"Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

AZXEBER.COM xəbər verir ki, klub rəhbərliyinin qərarıyla bu posta Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Rüstəm Əbülfət oğlu Allahverdiyev Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın "Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Mətbuat xidməti olub.

Qeyd edək ki, "Neftçi"nin bundan əvvəlki mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu dünən istefa verib.

OXŞAR XƏBƏRLƏR