''Neftçi''dəki istefalarla bağlı qərar verildi

İDMAN
08:23 02.11.2012
1254
Ötəngün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,iclasda “Neftçi”nin Avropa Liqası və daxili çempionatda çıxışı ilə bağlı müzakirələr aparılıb.Məşqçilər korpusu tərəfindən “Rubin və “Rəvan” klublarına məğlubiyyətlərlə bağlı Sadıq Sadıqova hesabat verilib. “Neftçi”nin məğlubiyyətlərinə əsas səbəblər kimi, aşağıdakılar göstərilib:
1.Müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandanın təlim məşq toplanışları səbəbindən çempionatda yaranan fasilələr və bunun nəticəsindəAzərbaycan Premyer Liqasının təqvimində əmələ gələn sıxlıq.2.Çempionatın təqvimi tərtib olunarkən Avrokubokların qrup mərhələsinin oyunlarının nəzərə alınmaması.3.Bunların məntiqli nəticəsi kimi, Avropa Liqası turnirindəki Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin oyunlarını sıx qrafikdə keçirməsi.Üstəlik “Neftçi” əsas hədəf kimi Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməklə yanaşı, gənc futbolçuların inkişafı strategiyasını seçib.Bu mövsüm iddialı çıxışı ilə diqqət çəkən “Simurq” üzərində qələbə və itirilmiş xallara görə komandanın potensial lider olması “Neftçi” PFK-nın doğru yolda olduğunu bir daha sübut edir.Klub prezidenti Sadıq Sadıqov, rəhbərliyi və məşqçilər korpusunu dinlədikdən sonra, fikirlərini bildirərək Azərbaycan futbolunda ilk dəfə tarixi uğura imza atmış klubun rəsmilərinin və məşqçilər korpusunun istefalarını qəbul etməyib. Bundan başqa klub prezidenti obyektiv səbəbləri nəzərə alaraq, buraxılan səhvlərin qısa zamanda aradan qaldırılmasını tələb edib.“Neftçi” bu mövsüm də yalnız çempionluğu və avrokuboklarda yeni uğurların qazanılmasını hədəfləyir. Buna görə də klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə qərara alınıb ki, klubun yeni inkişaf strategiyası planı hazırlansın. Həmçinin heyətin gücləndirilməsi üçün transfer dönəmində “Neftçi”yə yeni futbolçular cəlb olunsun.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrinin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ

15:53 12.02.2025

Məşhur rusiyalı pianoçu Yevgeni Qrinko Türkiyə turnesinə çıxır