“Neftçi”dən anormal, qərəzli media siyahısı - FOTO

İDMAN
00:46 01.04.2015
1327
Bu gün SOCAR-da "Neftçi"yə rəhbərlik seçimi iclası keçirilir. Hadisəni işıqlandırmaqçün məkana gedən "FutbolPress"in əməkdaşı içəri buraxılmayıb. Bundan başqa "Dailysport"dan Asəf Zeynallı da buraxılmayıb.Bildirilib ki, içəridə iclasda yalnız dəvət olunan KİV-di.Hansı əsasla dəvət edilirlər - bunu aydınlaşdırmaqda çətinlik çəkirik. Və niyə məhz dəvət? Və aşağıda gördüyünüz siyahı hansısa əsasla tərtib edilib? Bu, anormal situasiyadı.Məhz bu məqamda səlahiyyəti şəxs klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədir. Onunla da əlaqə saxlamayıb anormal vəziyyətə aydınlıq gətirilməsini istədik, mümkün olmur - telefonu söndürülüb.Bir suala da cavab tapa bilmirik - əgər konkret siyahı tərtib olunubsa (Ki bunu dilə gətirmək belə qyeri-peşəkarlıqdı), niyə bu əvvəldən elan edilməyib. Bizim əməkdaş redaksiyanı tərk edib, iclasın keirildiyi məkana qədər gedib, orda bilir ki, bu iclasda iştirak edə bilmərik. Bu absurd durumu hara yazaq, nə cür anlayaq...Əgər doğrudan da siyahıda gördüyünüz KİV-lərdən başqa mətbu orqanlar dəvətə "layiq deyildisə", bu əsaslandırılmalıdı.Siyahıya diqqətlə baxın. İnanırıq ki, burda Gündüz Abbaszadənin heç bir rolu yoxdur. Əgər yoxdursa, onda niyə yoxdu? Onun vəzifəsini başının üstündən aşıb kimlər yerinə yetirir...Bu siyahı rәsmәn "Neftçi"ni "işğal edәnlәr"in diqtəsiylə hazırlanıb - haqlı şübhədir. Onlar əmindilər ki, "FutbolPress"in olacağı yerdə "oyun qura bilməyəcəklər". Redaksiyamız heç nəyi gizli saxlamayıb və saxlamayacaq.Hamımız bir daha şahidi oluruq ki, müstəqil KİV-ə qarşı mübarizədə aşkar hörmətsizlik, qayda-qanun pozuntusuna yol verilir; başqa vasitələri yoxdu, qalmayıb."Neftçi" klubunun məsələyə aydınlıq gətirməsini toplantıya dəvət almayan bütün müstəqil, xüsusən, təcrübəli KİV-lər tələb eləyəcək. Bu biabırçılığa aydınlıq gətirilməlidi.Siyahını hazılayan və bu sənədi imzalayan məsul şəxslər buna açıqlıq gətirməlidir.
OXŞAR XƏBƏRLƏR