''Neftçi''ni məyus edən baş məşqçi qayıtdı

İDMAN
08:53 28.11.2012
1115

Xorvatiyanın “Dinamo” (Zaqreb) futbol komandasının baş məşqçisi Ante Çaçiç istefaya göndərilib.Xorvatiya çempionatının autsayderi “Zaqreb”ə 0:1 hesablı məğlubiyyət klub rəhbərliyinin səbrkasasını daşırıb.

Lakin əsas səbəb “Dinamo”nun Çempionlar Liqasının qrup mərhələsində uğursuzluqla üzləşməsi olub. Bu turnirdə Zaqreb komandası Çaçiçin rəhbərliyi altında 5 oyuna 13 qol buraxsa da, 1 qol belə vura bilməyib. Yeni baş məşqçi isə Krunoslav Yurçiç olacaq. Yurçiç 2008-2009-cu illərdə, habelə 20011-ci ilin mayından dekabradək də “Dinamo”nun sükanı arxasında olub.

Qeyd edək ki, Zaqreb “Dinamo”su 2011-2012-ci il mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırıb – 3:0, 0:0. Həmin vaxt “Dinamo”nun baş məşqçisi məhz Krunoslav Yurçiç olub.

OXŞAR XƏBƏRLƏR