"Neftçi"nin baş məşqçisi azarkeşləri xuliqan adlandırdı və onları söhbətə çağırdı

"Neftçi"nin baş məşqçisi azarkeşləri xuliqan adlandırdı və onları söhbətə çağırdı
TOP4
00:22 06.04.2017
3040

"Bu gün çox gözəl oynadıq. Təəssüf ki, ilk görüşdə lazımi nəticəni qazana bilməmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər "Neftçi”nin baş məşqçisi Elxan Abdullayevə məxsusdu.

 

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyununda evdə 2 cavabsız qolla məğlub olan paytaxt təmsilçisi cavab matçında qolsuz bərabərliklə kifayətlənərək mübarizəni dayandırıb.

Abdullayev oyundan sonra keçirilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Kubok iki oyundan ibarətdi. Gərək ilk matçda da belə çıxış edərdik. Yenə də komandama təşəkkür edirəm”.

 

- Qış fasiləsindən sonra "Neftçi” həm çempionatda, həm də kubokda Avroliqa şansını itirib...

- Mən söz verməmişdim ki, komandanı Avroliqaya çıxaracam. Söz vermişdim ki, bu vəziyyətdən çıxacağıq. Fikrimcə, bunu da bacardım. Hərdən Tahir Süleymanov yazır ki, "Neftçi” 15 futbolçu transfer edib. O qədər oyunçu birdən almamışıq, sadəcə, əvəzləmişik. Mən gələndən sonra 3 legioner artırmışıq. Bizim ən böyük problemimiz odu ki, 3 dəfə "İnter”i udmuşuq, "Qəbələ” və "Qarabağ”la heç-heçə etmişik. Biz "İnter”i yox, "Zirə”ni, "Sumqayıt”ı udsaydıq, indi onlar harda olardılar? Əsas rəqiblərimizə uduzmuşuq. Qışdan sonra 17 xal toplamışıq və hələ qarşıda 4 oyunumuz var. Avrokubok şansımız hələ bitməyib. Komandada inkişaf var. Komanda birdən-birə qurulmur, vaxt lazım olur. Sadəcə, bizdə stabillik çatışmır ki, bu da vaxtla düzəlir.

- Bəzi legionerlər icarə əsasında sizdə çıxış edir. Bu məsələ sizə problem yaratmayacaq?

- Hazırkı legionerlərimiz əvvəlkilərdən güclüdülər. Bəzi adamlar büdcəmizi sayır. Amma deyim ki, Şikovun burda aldığı pula indi 3 legioner oynayır. Flavinyo 800-900 min alırdı. Amma indi belə bir imkanımız yoxdu.

- Büdcədən danışdınız. Amma sizi məğlub edən "Sumqayıt” və "Zirə”nin büdcəsi daha azdı. Bu gün də azarkeşlər sizi istefaya səslədilər. Düşünmürsüz ki, işiniz fiaskoya uğradı?

- Xeyr. Mən onları azarkeş saymıram. Komandanı sevən fanat "istefa” qışqırmaz. 60-cı dəqiqədə "istefa” qışqıranı azarkeş saymıram. "Neftçi”nin sadiq azarkeşləri var, biz onlar üçün oynayırıq. Amma "Forza Neftçi” fan-klubunu azarkeş saymıram. Onlar gəlib meydanda xuliqanlıq edirlər.

- Düşünmürsüz ki, bu açıqlamanız sizə baha başa gələ bilər?

- Mən 14-15 yaşlı uşaqdan qorxmalıyam? Kim istəyir, gəlsin, başa salım. Arxamda durub söyüş söyürlər, işimə mane olurlar. Belə şey görməmişəm.

- Kamran Ağayev sizin maraq dairənizdədimi?

- Onun klubu ilə müqaviləsi davam edir. Mövsüm başa çatsın, ondan sonra baxmaq olar. Kamranı yaxşı qapıçı sayıram. Amma biz indi növbəti oyunu düşünürük.

- Komandanın oyunundan razı qaldığınızı dediniz. Amma bu gün nəticə lazım olduğu vaxtda hücumçunu hücumçu ilə əvəzlədiniz. Bunu necə başa düşmək olar?

- Oyunun təkrarına sabah yenidən baxın. Bilmirəm siz hansı gözlə baxırsınız. Siz azarkeş, mən isə məşqçi gözü ilə baxıram. İndi deyirəm ki, yaxşı oynadıq. Amma qol vursaydıq, əla olardı. Bizdə ağıllı adam çoxdu. Hərdən feysbukda görürəm, yazırlar ki, onun futbol savadı yoxdu. Siz baş məşqçi olsaydınız, kimi meydana buraxardınız? Danışmaq asandı. Mən də iki hücumçu ilə oynamaq istərdim. Amma limit problemi var. İki hücumçuya keçmək üçün əcnəbilərdən birini çıxarmalısan. Amma bu da mümkün deyil.

- "Neftçi” niyə xalqın sevgisini itirir?

- Azarkeşin 15-16 yaşı var. Onları öyrədən var. Gənc azarkeşlərə düz istiqamət göstərmirlər. Valideynlər diqqət versinlər ki, onlar nə işlə məşğul olurlar. Gənclərimizin futbola belə yanaşmasını istəməzdim. Onlar hələ istefanın nə olduğunu bilmirlər. "Qəbələ”ni məğlub edəndə məni dahi adlandıran sonra məğlub olanda deyir ki, səviyyəsizdi. Bu onun fikridi, hörmətlə yanaşmaq lazımdı. Bu gün 3:0 udsaydıq, Elxan Abdullayev böyük məşqçi adlanacaqdı? Belə düşüncə düzgün deyil.

- Açıqlamalarınızın birində qeyd etdiniz ki, qış fasiləsindən sonra əsas rəqiblərinizi məğlub etməsəniz kateqoriyanızı cıracaqsınız...

- İndi yazırlar ki, guya mən "Qarabağ”ı 3:0 udacağımızı demişəm. Kimə demişəm? Soruşdular ki, "Qarabağ” finaldadımı? Cavabım bu oldu ki, bizi niyə basdırırsınız, hələ şansımız var. Bilirəm ki, çətindi, amma şans var. Futbolçu o açıqlamaları oxuyur. Desəm ki, şansımız yoxdu, futbolçu hansı motivasiya ilə meydana çıxar? Mən özümü günahkar çıxrmıram. Mən "Neftçi”yə gələndə bəzi adamlar deyirdi ki, AZAL bizi keçməyəcək. Öz yolumla gedirəm və tələsmirəm. Məni tələsdirən də yoxdu. Qarşıma əvvəldən şərt qoyulsaydı, bəlkə də, komandaya gəlməzdim. Mənə dedilər ki, komandanı imkan daxilində düzəlt. Komandada nəyin çatmadığını bilirik.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
14:30 05.03.2026
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa
14:07 05.03.2026
“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
14:03 05.03.2026
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur
14:02 05.03.2026
Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur
Dron hücumunda xəsarət alanların vəziyyəti - Açıqlandı
13:57 05.03.2026
Dron hücumunda xəsarət alanların vəziyyəti - Açıqlandı
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - VİDEO
13:50 05.03.2026
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - VİDEO
Xatirə və Mənsum İbrahimov barışdı
13:47 05.03.2026
Xatirə və Mənsum İbrahimov barışdı