"Neftçi"nin baş məşqçisi: "İlk oyundakı fikirlərimdən sonra mənə gülürdülər"

"Neftçi"nin baş məşqçisi: "İlk oyundakı fikirlərimdən sonra mənə gülürdülər"
İDMAN
23:10 28.07.2022
403
"Ötən oyundakı məğlubiyyətdən sonra demişdim ki, Bakıda sonadək vuruşacağıq və mərhələ adlayacaq. Bu zaman çoxları mənə gülürdü".

Bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda Kiprin "Aris" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

46 yaşlı mütəxəssis oyunçularının keyfiyyətlərinə bələd olduğunu bildirib: "Futbolçular qələbəni haqq etdilər. Mən onları hər oyunda dəstəkləməliyəm. Rəhbərliyə təşəkkür edirəm ki, komandaya bu cür keyfiyyətli oyunçular gətiriblər".

Rumıniyalı baş məşqçi azarkeşlərin mükəmməl olduğunu söyləyib.

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR