“Neftçi”nin “Beşiktaş”la ev oyununun stadionu məlum oldu

İDMAN
11:32 04.08.2023
262
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Beşiktaş”la qarşılaşacaq "Neftçi”nin rəqibini hansı stadionda qəbul edəcəyi məlum olub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma "Bakcell Arena”da keçirilməyəcək. Türkiyə klubuna marağın böyük olacağı nəzərə alınaraq qarşılaşmanın Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi qərara alınıb.

Xatırladaq ki, "Neftçi” "Jelezniçar”, "Beşiktaş” isə "Tirana” səddini keçərək III mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, "Neftçi” "Beşiktaş”a qarşı ilk oyunu avqustun 10-da səfərdə, cavab matçını ayın 17-də Bakıda keçirəcək.
OXŞAR XƏBƏRLƏR