"Neftçi"nin bütün kollektivi stadiona çıxdı - Qar təmizləmək üçün

"Neftçi"nin bütün kollektivi stadiona çıxdı - Qar təmizləmək üçün
İDMAN
16:51 17.02.2017
1107

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Neftçi" və "Kəpəz" komandaları arasında keçiriləcək oyuna qədər "Bakcell Arena" hazır vəziyyətə gətiriləcək.

Bu gün "Neftçi"nin rəhbərliyi başda olmaqla, klubun bütün kollektivi arenanın qardan təmizlənməsi üçün gücünü səfərbər edib. 

Dünəndən başlayaraq çoxlu sayda azarkeş kluba müraciət edərək yardımlarını təklif ediblər. "Nefçi" buna görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığını bildirib.

 

Klub bəyan edir ki, hazırda təmizlik işləri tam sürətlə davam edir və kömək üçün zərurət yaranmayıb. "Neftçi" azarkeşləri fevralın 18-də keçiriləcək qarşılaşmaya dəvət edib. 

///report
OXŞAR XƏBƏRLƏR