Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakıkın "Neftçi" klubu təlim-məşq toplanışı keçmək məqsədilə Avstriyaya yola düşəcək.Bu barədə saytında açıqlamasında klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
T.Süleymanovun sözlərinə görə "Neftçi" sabah səhər saatlarında Bakı-İstanbul-Münhen reysi ilə Avstriyaya gedəcək. Klub rəsmisi "Neftçi"nin elə həmin gün axşam saatlarında ilk məşqinə çıxacağını əlavə edib.
Qeyd edək ki, Böyükağa Hacıyevin komandası Avstriyada bir neçə yoldaşlıq görüşü keçirəcək. "Neftçi"nin"Slaviya" (Çexiya) və "Vasluy" (Rumıniya) klublarından sonra daha iki rəqibi bəlli olub."Ağ qaralar" Avstriyada ilk görüşündə Rusiya Premyer Liqa təmsilçisi "Volqa" klubu ilə qarşılaşacaq. Bu oyun iyunun 29-na nəzərdə tutulub. "Volqa"nın ardından isə "Neftçi" digər Premyer Liqa təmsilçisi "Terek"lə üz-üzə gələcək. Hələlik Qroznı təmsilçisi ilə görüşün vaxtı müəyyənləşməyib.//qol.az