"Neftçi"nin Çempionlar Liqasındakı potensial rəqibləri (SİYAHI)

İDMAN
12:30 02.06.2013
1714
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının 2013/14 mövsümündə Azərbaycanı yenə son çempion “Neftçi” təmsil edəcək. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.Artıq Azərbaycan təmsilçisinin bu turnirdəki potensial rəqiblərinin demək olar ki, hamısı bəllidi. Bəribaşdan qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin püşkatması zamanı “Neftçi” səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alacaq.Bu mərhələdə iştirak etmək hüququ qazanan klublardan artıq aşağıdakılar məlumdu:SəpələnmişlərSəpələnməmişlərBATE (Belarus)Celtic (Şotlandiya)Steaua (Rumıniya)Viktoria (Çexiya)Dinamo (Zaqreb, Xorvatiya)Partizan (Serbiya)Legia (Polşa)Sheriff (Moldova)Maribor (Sloveniya)Slovan (Slovakiya)Elfsborg (İsveç)Maccabi (Təl-Əviv, İsrail)Molde (Norveç)HJK (Finlandiya)Ekranas (Litva)Neftçi (Azərbaycan)Dinamo (Tiflis, Gürcüstan)Səpələnməmişlər:Zeljezniçar (Bosniya və Herseqovina)Hafnarfjordur (İslandiya)Gyor (Macarıstan)TNS (Uels)Ludogorets (Bolqarıstan)Sligo Rovers (İrlandiya)Şaxtyor (Qazaxıstan)Skenderbeu (Albaniya)Birkirkara (Malta)Cliftonville (Şimali İrlandiya)Daugava (Latviya)Sutjeska (Monteneqro)Nomme Kalju (Estoniya)Fola (Lüksemburq)Makedoniya çempionuİlk mərhələnin qalibiİlk mərhələnin qalibiİkinci təsnifat mərhələsində çıxış etməli olacaq yalnız bir komandanın hansı olacağına hələlik aydınlıq gəlməyib. Bu, Makedoniya çempionudu. Özü də bu ölkənin naməlum təmsilçisi məhz Azərbaycan çempionunun potensial rəqibləri sırasındadı.Eyni zamanda Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də mütləq “Neftçi”nin potensial rəqibi olacaq. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və Tre Penne (San-Marino).
OXŞAR XƏBƏRLƏR