Futbo11.az xəbər verir ki, bakılıların braziliyalı legioneri Jairo Rodriges də yaranan fasilədən istifadə edərək, tətilini sevgilisi Marsia Afonso ilə keçirir.
Təbii ki, bunda qeyri-adi heç nə yoxdu. Sevgi müqəddəsdi və münasibətləri möhkəmləndirmək üçün tez-tez görüşməyə, söhbətləşməyə və dərdləşməyə ehtiyac var.
Maraqlıdı, görəsən, görüş zamanı Jairo "Neftçi"nin uğursuzluqlarından danışırmı?
Əslində, bu, cütlük üçün bir qədər cansıxıcı söhbət ola bilər. Görünür, Jaironun da tez-tez qırmızı vərəqə almasının səbəbkarı da sosial şəbəkədə 41 min izləyicisi olan sevgilisidi. Çünki qarşı tərəf "sambaçı"nı ona vaxt ayırmamaqda qınaya bilər.
Nəzərinizə çatdıraq ki, Jairo "Neftçi" forması ilə meydana çıxdığı 22 qarşılaşmada 4 qırmızı vərəqə alaraq oyunda qovulub. Belə olan halda isə növbəti oyunda iştirak etmək hüququndan məhrum olan futbolçunun istirahət və görüş üçün boş vaxtı yaranır. Fikrimizcə, gözəl və cazibdarlığı ilə seçilən Marsia durumdan şikayətlənməli deyil.
Zarafat deyil ki, onun sevgilisi 5,5 oyundan bir komandasını azlıqda qoyur.



