"Neftçi"nin məşqçisinin meydanda halı pisləşdi, yerə yıxıldı

"Neftçi"nin məşqçisinin meydanda halı pisləşdi, yerə yıxıldı
İDMAN
23:04 10.11.2018
3983
"Neftçi"nin məşqçisi Füzuli Məmmədovun səhhətində problem yaranıb.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, 41 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XI turunda evdə "Zirə" ilə keçirilən matçda komandasının 36-cı dəqiqədə vurduğu qoldan sonra yerə yıxılıb.

Həkimlər ona müdaxilə edib və F. Məmmədov ayağa qalxıb. Hadisədən sonra "Neftçi"nin prezidenti Kamran Quliyev dərhal özünü ehtiyat oyunçular skamyasına çatdırıb.

Füzuli Məmmədovun yıxılma səbəbi hələ ki, məlum deyil.


OXŞAR XƏBƏRLƏR