Katarakt

“Neftçi”nin mümkün rəqibi dəqiqləşdi - II təsnifat mərhələsində

İDMAN
14:17 16.06.2021
228
Çempionlar Liqasının Çempionlar yolunda II təsnifat mərhələsinin püşkü atılıb.

AZXEBER.COM Apasport.az-a istinadən bildirir ki, tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutub.

Azərbaycanı ən nüfuzlu klub turnirində təmsil edən "Neftçi"nin mümkün rəqibi də bəlli olub. I raundda Gürcüstan təmsilçisi "Dinamo" (Tbilisi) ilə qarşılaşacaq "ağ-qaralar" bu mərhələni adlayacağı təqdirdə, səpələnməmişlər sırasında yer alacaq. 

Bakı təmsilçisi bu mərhələdən mübarizəyə qoşulacaq "Olimpiakos"la (Yunanıstan) görüşəcək. İlk oyunlar 20-21 iyul, cavab qarşılaşmaları 27-28 iyul tarixlərində keçiriləcək. "Dinamo" - "Neftçi" cütünün qalibi bu raunda səfərdə başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin matçları iyulun 6-7-də və 13-14-də baş tutacaq.

OXŞAR XƏBƏRLƏR