Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan Serbiyanın "Partizan" klubu mötəbərturnir öncəsi sponsor tapmaqda çətinlik çəkir.
AZXEBER.COM-un Qol.Az-a istinadən verdiyi məlumata görə, bu barədə komandanın baş məşqçisi Vladimir Vermezoviç açıqlama verib.
Onun sözlərinə görə, "Neftçi" ilə oyuna az vaxt qalsa da, sponsor məsələsi hələ də öz həllini tapmayıb: "Bu sahədə müəyyən işlərin getdiyi haqda eşitmişəm. Ancaq fakt budur ki, hələlik sponsorməsələsi öz həllini tapmayıb. "Neftçi" ilə oyuna 17 gün qalsa da, hansı şirkətlə əməkdaşlıq edəcəyimiz bilinmir. Danışıqlar davam etsə də, yekun razılıq əldə olunmur.Ümid edirəm ki, bu məsələ yaxın günlərdə öz həllini tapacaq".
Qeyd edək ki, "Partizan" Avropa Liqasında ilk görüşünü sentyabrın 20-də evdə məhz "Neftçi"yə qarşı keçirəcək.