Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "İnter" klubu İtaliya A Seriyasında XIII turun oyununa çıxıb.
AZXEBER.COM-un məlumatına görə, Milan təmsilçisi doğma meydanda "Kalyari" klubu ilə qarşılaşıb.
Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar oyundan 1 xalla ayrılblar - 2:2.
Qeyd edək ki, "İnter" XIII turdan sonra 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.