"Neftçi" yeni hücumçu ilə razılıq əldə edib.
AzxeberSport-un əldə etdiyi özəl məlumata görə, "flaqman" konqolu hücumçu Prins İbaranı heyətinə qatıb.
24 yaşlı forvard 1 illik icarə əsasında "ağ-qaralar"da çıxış edəcək.
Belçikanın "Birsçot" klubunun üzvü "Neftçi"də 200 min ABŞ dolları maaş alacaq.
Qeyd edək ki, 192 sm boya malik olan Prins İbara Konqo millisinin üzvüdür. O, yığmanın heyətində 7 matçda 2 qol vurmağı bacarıb.