"Neftçi"nin yeni baş məşqçisi rəsmən açıqlandı

İDMAN
16:36 25.10.2013
1178

“ Neftçi " futbol klubunun yeni baş məşqçisi Nazim Süleymanovla rəsmi müqavilə imzalanıb.

AZXEBER.COM  klubun rəsmi saytına istinadən məlumat verir ki, bu gün "Neftçi" PFK-nın bazasında komandanın yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib. Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutmuş görüşdə Nazim Süleymanov komanda üzvlərinə təqdim edilib.

Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.

 

OXŞAR XƏBƏRLƏR