"Neftçi"nin yeni transferi Bakıya nə vaxt gələcək? - Futbolçunun özü açıqladı

"Neftçi"nin yeni transferi Bakıya nə vaxt gələcək? - Futbolçunun özü açıqladı
İDMAN
16:27 09.09.2020
762
Xəbər verdiyimiz kimi "Neftçi" yeni hücumçu ilə razılaşıb.

"Flaqman" "flaqman" konqolu hücumçu Prins İbaranı heyətinə qatıb.

192 sm boyunda olan forvard sabah paytaxtımıza gələcək.

Bu barədə məlumatı AzxeberSport-a açıqlamasında forvardın özü verib:

"Sabah Bakıya gələcəm. "Neftçi" ilə 1 illik müqavilə imzalayacam. Ümid edirəm ki, hər şey xeyirli olacaq".

Qeyd edək ki, Belçikanın "Birsçot" klubunun üzvü "Neftçi"də 200 min ABŞ dolları maaş alacaq.

Oyunçunun performans videosunu diqqətinizə çatdırırıq:
 

OXŞAR XƏBƏRLƏR