“Neftçi”nin yetirməsi İspaniyada klubunu dəyişib

İDMAN
18:20 18.01.2023
413
"Neftçi”nin yetirməsi Nazim Məmmədzadə İspaniyada klubunu dəyişib.

22 yaşlı mərkəz müdafiəçisi "Marino Luanko” komandasına keçib.

2022-ci ilin oktyabrından İspaniyanın "Moralo” komandasında çıxış edən gənc oyunçu "Marino Luanko” ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Nazim Məmmədzadə 2022-ci ilin fevralında "Neftçi”dən Şimali Makedoniya təmsilçisi "Renova”ya keçib.
OXŞAR XƏBƏRLƏR