UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Rapid” (Vyana) oyununun biletləri "Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.
Paytaxt təmsilçisindən AZXEBER.COM-a verilən məlumata görə, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.
Biletlərin satışı "Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir.
Qeyd edək ki, avqustun 4-də "Bakcell Arena”da baş tutacaq "Neftçi”–"Rapid” matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Vyanada olacaq.