İlk hissədə üstünlüyə malikdir. Ancaq üstünlük hər şeyi həll etmir. Qol vurmaq lazımdır, bunu bacarmadıq.
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, bunları Rusiyanın "Arsenal" komandasının baş məşqçisi İqor Çerevçenko Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.
45 yaşlı mütəxəssisin sözlərinə görə, "Neftçi" vurduğu qolların sayəsində növbəti mərhələyə keçdi. Komandamızın təcrübəsiz olduğunu deməzdim. Futbolçular milli komandalarda oynayırlar. Sərt oynamağımıza gəlincə, bu gün meydanda belə bir şey görmədim. Sadəcə, komandalar mübarizə aparırdı. Bu, balet yox, futboldur. Futbolda mübarizə olub. Məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm".
Çerevçenko deyib ki, "Neftçi"in Avropa Liqasında qrup mərhələsinə düşmək üçün yaxşı şansı var: "Rəqibə uğurlar arzu edirəm. Baş məşqçiləri bunu "Şerif"lə bacarıb. İndi də eyni şeyi edə bilərlər".
Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.