“Neftin düşməsinin Azərbaycana ciddi mənfi təsiri olmadı”

“Neftin düşməsinin Azərbaycana ciddi mənfi təsiri olmadı”
SİYASƏT
15:09 29.12.2015
1503
Prezidentin köməkçisi Əli Həsənov “Rossiyskaya qazeta”ya müsahibə verib.Ə.Həsənov müsahibəsində bildirib ki, ötən il dünyada gedən ağır və ziddiyyətli sosial-iqtisadi və siyasi proseslər fonunda Azərbaycan uğurlu iqtisadi inkişafa nail ola bilib:“Bu asan olmayan müasir şərtlər altında ölkə bir daha müxtəlif çağırış və kataklizmlərə özünün siyasi stabilliyini və makroiqtisadi dayanıqlığını nümayiş etdirdi.Vurğulamaq istəyirəm ki, biz işsizlik və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına nail olduq. Hazırda bu göstərici 5 % səviyyəsindədir.Ölkənin inkişafının ən yaxşı sübutu dünyanın aparıcı reytinq agentliklərinin qiymətləndirməsidir. Məsələn, Beynəlxalq İqtisadi Forum tərəfindən hazırlanan beynəlxalq rəqabətədavamlılıq indeksi reytinqində Azərbaycan 140 ölkə arasında 40-cı yerdədir.Biz yeddinci dəfədir ki, ard-arda MDB-nin lideri olaraq qalırıq. Bununla yanaşı, bu yaxınlarda Beynəlxalq Valyuta Fondu bu il üçün Azərbaycanın iqtisadi inkişaf proqnozunu 4% artırdı.Prezidentin köməkçisi dünya bazarında neftin qiymətinin düşməsi fonunda Azərbaycanın enerji asılılığından xilas olmaq üçün gördüyü və bundan sonra görəcəyi tədbirlərdən danışıb:“Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi böyük təbii ehtiyatları olan ölkələr üçün bir növ sınaq oldu. Əlbəttə, gəlirlərin azalmasına gətirib çıxaran heç də asan olmayan bu iqtisadi situasiyadan çıxmaq üçün kompleks tədbirlər həyata keçirmək lazım idi.Müvafiq olaraq, Azərbaycanda lazımi addımlar atıldı, bu da ona gətirib çıxardı ki, ölkə hər hansı ciddi mənfi təsirlər hiss etmədi. Bugünki reallıq odur ki, tüğyan edən dünya böhranına baxmayaraq, ölkəmizdə iqtisadi artım tendensiyası müşahidə edilir.Neftin qiymətinə diqtə edənlərin girovuna çevrilməmək üçün Azərbaycan bundan sonra da iqtisadi islahatlar keçirməyi planlaşdırır. Nəticədə qeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sferaları prioritet olacaq2015-cilin kənd təsərrüfatı ili olması ilə əlaqədar tədbirlər planı təsdiqləndi. Görülən tədbirlər kənd təsərrüfatının inkişafına effektiv təsir göstərdi. Əsassız olmasın deyə, 2015-ci ilin doqquz ayı üçün bir neçə statistik rəqəmləri açıqlamaq istəyirəm. Ondan başlayım ki, kənd təsərrüfatı məhsullarının həcmi 6,7% artıb. Çoxlu sayda iri fermer təsərrüfatları yaradılıb, dövriyyəyə on minlərlə hektar daha əvvəl istifadə olunmamış torplaqlar buraxılıb. Orta məhsuldarlıq rekord həddə -hektara 30 sentnerə çatıb.Hesab edirəm ki, mənimlə razılaşarsınız ki, bu templə biz yaxın gələcəkdə qida təhlükəsizliyimizi tamamilə təmin edə biləcəyik”.Müsahibəni tam şəkildə buradan oxuyun.https://www.rg.ru/2015/12/29/gasanov.htmlQafqazinfo.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb