İranın 30 milyon barel nefti dənizdə alıcı gözləyir
«Wall Street Journal»nın yazıdığına görə, İranın 42 neft super-tankeri bazarda «qara qızıl» tədarükünə tam hazırdır ki, bu da dünyada ən böyük donanma deməkdir. Məqalədə bildirilir ki, İran Milli Neft Donanma Şirkəti 60 geniş platformalı tankerlərə (Very Large Crude Carrier) malikdir. Onlar 100 milyon tondan çox neft və neft məhsullarının nəqlini və çatdırılmasını həyata keçirə bilər.
Məlumatda qeyd edilir ki, hazırda İranın 15 neft tankeri dənizdə 30 milyon bareldən çox neft saxlayır. Cənub qonşumuz Tehrana qarşı embarqonun götürüləcəyi gündən «qara qızıl»ı bazara çıxarmağı düşünür. Məqalə müəllifinə görə, İran üzərindən embarqolar götürüləcəyi təqdirdə dünya birjalarında neftin barelinin qiyməti 15 dollara qədər düşə bilər. Bundan isə neft ölkələri, habelə mədən sənayesi ilə məşğul olan ölkələr ciddi zərər görə bilər. Nəzərə almaq lazımdır ki, neft hasilatı Səudiyyə Ərəbistanında bareli 10 dollar, Rusiyada 35 dollara başa gəlir. O zaman Rusiya yeni böhran dalğasına düşə bilər.
Eyni zamanda ABŞ və Çin arasında yeni siyasi dönəm başlaya bilər.