Neftin qiyməti 4%-dən çox artdı

İQTİSADİYYAT
19:19 07.12.2018
4086

Dünya bazarında neftin qiymətində OPEC-in hasilatın azaldılması ilə bağlı razılığa gəlməsi xəbərlərindən sonra 4%-dən çox artım qeydə alınıb.

"Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 18:07-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,90% artaraq 63 dollar/barel olub.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,58% artaraq 53,85 dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR