Neftin qiyməti Azərbaycanı sevindirdi - FOTO

İQTİSADİYYAT
10:25 27.08.2015
2134

Birjalardan gələn xəbərlər ölkə ekspertlərini xeyli nikbinləşdirib.

Bu gün London birjasında neftin qiyməti sabahı bahalaşma ilə başlayıb. AZXƏBƏR.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 10 radələrində London  birjasında Brent  markalı neftin bir barrelinin qiyməti 43,54 dollara qədər qalxıb.Texas markalı neftin barrelinin qiyməti də 40 dolların ətrafında dəyişib. Bakı vaxtı ilə saat 10 radələrində Texas nefti barrel üzrə qiyməti 39,67 dollara çatıb.

“AzəriLayt” markalı neftin də bahalaşıb. “AzəriLayt”ın bir barrelinin qiyməti London birjasında 44,47 dollar təşkil edib. Dünən isə London birjasında “AzəriLayt”ın bir barrelinin qiyməti 43,99 dollara düşmüşdü. Birjalardan gələn xəbərlər Azərbaycan ekspertlərini nikbinləşdirib. Ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin yüksək olması təkrar devalvasiya olmayacağından xəbər verir. Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.

OXŞAR XƏBƏRLƏR