Ötən gün İspaniyanın reytinqinin azaldılması və mənfi makrostatistika nəticəsində dünya bazarlarında neft ucuzlaşıb. Belə ki, Nyu-York birjasında WTI markalı “qara qızıl”ın bir barelinin qiyməti 87,82 dollara enib. Bu, 2011-ci ilin oktyabrından bu yana ən aşağı göstəricidir.Brent markalı neft də oxşar dinamika nümayiş etdirib. Bu markadan olan “qara qızıl”ın qiyməti 103,47 dollara enib. Bu, 2011-ci ilin dekabrından bu yana ən aşağı göstəricidir.