Neftin qiyməti yenə düşdü - Bu dəfə 28 dollara

İQTİSADİYYAT
01:53 16.01.2016
2131

Dünya bazarında neftin qiyməti artıq üçüncü həftədir ki, öz minimal qiymətini yeniləyir.

 Brent markalı neftin bir barrelinin qiyməti 29 dollardan da aşağı düşüb. Hazırda 1 barrel üçün qiymət 28,89 dollarda qərarlaşıb.

Reuters-in məlumatına görə, neft 2015-ci ilin maksimal qiyməti ilə müqayisədə bu il 20 faiz dəyərini itirib.

WTI markalı neftin qiymətində də ucuzlaşma var. Hazırda qiymət 5,06 % enib və bu markalı neftin bir barreli 29,65 dollara təklif edilir.(qafqazinfo.az)

OXŞAR XƏBƏRLƏR