ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2.82 dollar azalaraq 60.32 dollar olub. AZXEBER.COM xəbər verir ki, bu haqda məlumatı “korrespondent” saytı yayıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.48 dollar azalaraq 55.52 dollar təşkil edib.