​Neftin qiyməti yenidən 50 dolları keçib

İQTİSADİYYAT
15:19 20.06.2016
1502

Qlobal valyuta bazarında ABŞ dollarının mövqelərininzəifləməsi fonunda birjalarda"Brent" markali neftin qiyməti yüksələrək yenidən50 dollar/barel psixoloji həddi keçib və artıq50,10 dollar/barelə çatıb. 

AZXEBER.COM xəbər verir ki, neftiyunun 6-da son 8 ayın maksimal həddinə (52,86 dollar/barel) yüksəldikdən sonra "Brexit" təhlükəsinin qlobal maliyyə bazarına yayılması ilə iyunun 13-dək 11,2% ucuzlaşaraq 46,94 dollar/barelə qədər enib. Britaniyanın Avropa İttifaqından(Aİ) ayrılması ilə bağlı referendumu yaxınlaşdıqca dünyanın bir çox maliyyə aktivi dəyərdən düşür. Lakin İngiltərədə "Brexit" əleyhinə olan deputat Co Koksun(Jo Cox) öldürülməsi ölkənin Aİ-də qalması ehtimallarını artırıb. Bu səbəbdən cümə günü, iyunun 17-də neft və digər maliyyə aktivləri bahalaşmağa başlayıb.

"Report"un analitik qrupu hesab edir ki, neftin bahalaşması prosesiuzun sürməyəcək. Xatırladaq ki, iyunun 17-də ABŞ-daneft-qaz buruqlarının sayı ilə bağlı"Baker Hughes" şirkətitərəfindən növbəti həftəlik hesabataçıqlanıb. Hesabata əsasən, neft buruqlarının sayı 9 ədəd və ya 2,7% artaraq 337, aktiv qaz quyularının sayı isə 1 ədəd və ya 1,2% artaraq 86-ya çatıb. Yaxın gələcəkdə neft quyularının aktivləşməsi hasilatın artmasına, bu da öz növbəsində neft qiymətlərinin düşməsinə gətirib çıxaracaq. Hazırda neftin qiymətinin müvəqqəti artmasına səbəb investor-spekulyatorların "Brexit"in baş tutmamasını ehtimal edərək, qızıldan başqaəksər maliyyə aktivlərində alıcı mövqeyi tutmasından irəli gəlir.

OXŞAR XƏBƏRLƏR