Neftin qiyməti yenidən qalxdı

İQTİSADİYYAT
11:39 30.12.2015
2546

İki ay əvvəl ailə həyatı qurmuş Elşən Sadıxovun hansı səbəbdən özünü asdığı məlum deyil.

Masallının icra başçısı Rafil Hüseynovun köməkçisi Elşən Sadıxovun intihar etdiyinə dair xəbər yayılıb. Sadıxov dünən özünü asaraq, öldürüb.

İlkin Ağayev adlı istifadəçi tərəfindən yayılmış xəbərdə deyilir ki, icra başçısının köməkçisi dünən dəfn olunub. Lakin bu barədə heç bir məlumat yayılmayıb.

Aldığımız son məlumatlara görə, intihar edən icra başçısının köməkçisi Masallı rayonunun Kolatan kəndindəndir.Rayondakı bir neçə mənbələrlə əlaqə saxlanılıb və onlar da məlumatı təsdiq ediblər. Lakin mənbələr intiharın konkret olaraq hansı səbəbdən baş verdiyi barədə heç bir bilgi verməyiblər.

Qeyd edək ki, Elşən Sadıxovun iki aydır evli olduğu bildirilir. (Jam.az)

OXŞAR XƏBƏRLƏR