Fevralın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,48 dollar və ya 0,5% azalaraq 1 barelə görə 92,63 dollar təşkil edib.
Fevralın 26-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,73 dollar və ya 1,5% azalaraq 112,71 dollar olub. //APA