“Qafqazinfo”nun russian.rt-yə istinadən məlumatına görə, Brent markalı neftin qiyməti 57 dollardan da aşağı düşərək, 56, 97 dollarda qərarlaşıb. Bu, fevralın 12-dən bəri ən aşağı qiymətdir.
WTI markalı neftin qiymətində də dəyişiklik var. Bu gün WTI-nin bir barreli 49, 76 dollardan satılıb.
Birja analitikləri isə qiymətlərin aşağı düşməyini “Goldman Sachs” mütəxəssislərinin proqnozları ilə əsaslandırırlar. Proqnozlara görə, dünyada neft ehtiyatlarının çoxalması bu ucuzlaşmaya əsas səbəb kimi göstərilirdi.