CHP baş direktor müavini Gürsel Təkin və Sezgin Tanrıqulu Məslək Acıbadəm xəstəxanasında reanimasiyada olan tanınmış aktyor Nejat İşləri ziyarət edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Təkin aktyorun son vəziyyəti haqqında danışıb.
O, Nejat İşlərin vəziyyətinin bu gün daha yaxşı olduğunu bildirib.
Onun sözlərinə görə, aktyor artıq qarşıdakı günlərdə reanimasiyadan çıxarıla biləcək vəziyyətə gəlib.
“N.İşlərin baş həkimi ilə danışdıq. O dedi ki, xəstənin vəziyyəti yaxşıya doğru gedir. Gələcək günlərdə reanimasiyadan çıxarılacaq haldadır. Onun bütün sevənlərinə bu şad xəbəri vermək istəyirəm”.