Boris Nemtsovun qətlində iştirak etməkdə şübhəli bilinən şəxs bu gün - martın 8-də özünü Qroznıda əl qumbarası ilə partladıb.
Cinayətkar yerli polis tərəfindən mühasirəyə alınıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, şübhəli şəxsin əlində iki qumbara olub. Əvvəlcə onların birini polislərə tərəf atıb. İkinci ilə isə özünü partladıb.
“Çeçenistanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayətkar Qroznının Lev Yaşin küçəsindəki çoxmərtəbəli binada gizlənibmiş. Polis həmin ərazini mühasirəyə alıb və ondan təslim olmağı tələb edib. O isə əvvəlcə polislərə tərəf əl qumbarası atıb. Sonra isə ikinci partlayış olub və həmin şəxs aldığı qəlpə yaralarından yerindəcə keçinib. Polisdən və mülki şəxslərdən heç kim xəarət almayıb” - deyə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. (virtualaz.org)