Nənələr Ginnesin rekordlar kitabına düşdülər - FOTO

MARAQLI
15:37 08.06.2012
2443
Britaniyalı bacılar dünyanın ən yaşlı sakinləri kimi Ginnesin Rekordlar kitabına düşüblər. Belə ki, Doroti Riçards 108, Marcori Raddl isə 105 yaşındadır. Onların yaşlarının ümumi cəmi 213 il, 3 ay və 27 gündür. Ginnesin Təşkilat Komitəsi bildirib ki, bu dünyada bacı və ya qardaşların ən böyük ümumi yaşlarıdır. Bu, həm də Ginnesin Rekordlar kitabı üçün yeni bir kateqoriyadır və britaniyalı bacılar onun ilk rekordçuları oldular. Hər iki bacı ötən əsrin əvvəllərində Nortqemptonda dünyaya gəliblər, onların atası kişi ayaqqabısı istehsal edən fabrikin sahibi olub. Daha sonra hər iki bacı Londonda kollec bitiriblər, lain təhsillərini yekunlaşdırdıqdan sonra Nortqemptona geri qayıdıblar. Hər iki bacı ailələlidir və nəvələri var. Onlar bu kitaba Marcori Raddlın nəvəsinin sayəsində düşüblər. O, nənələrinin yaşı ilə bağlı araşdırma aparıb və Ginnes fondunun ekspertlərinə müraciət edib.
OXŞAR XƏBƏRLƏR