Nənələr teleaparıcı olacaq

MAQAZİN
00:02 05.07.2012
2022

"Eurovision 2012" mahnı müsabiqəsinin ikincisi olan "Buranovskiye babuşki"nin populyarlığı artır.

AZXEBER.COM-un eurovision.az saytına istinadən məlumatına görə, nənələrə televiziyada iş təklif edilib. Qrupun ifaçılarından Natalya Yakovlevna Puqaçova "Rossiya 1" telekanalında "V qostax u skazki" ("В гостях у сказки") verilişində aparıcı ola bilər. Bununla yanaşı, Rusiya mətbuatının məlumatına görə, müğənni Filip Kirkorov "Buranovskiye babuşki" qrupunu 2013-cü ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində yenə də ölkə təmsilçisi qismində görür. Onun sözlərinə görə, nənələr İsveçdəki müsabiqədə iştirak edərək birinci yerə sahib ola bilərlər. "Hər halda Dima Bilanda bu alınmışdı", - Kirkorov bildirib.

OXŞAR XƏBƏRLƏR