Nənən ölməsin Sarı gəlin - KÖŞƏ

Nənən ölməsin Sarı gəlin - KÖŞƏ
KÖŞƏ
14:15 11.03.2012
3044
Vüsalə MəmmədovaSaçın ucun hördülər, gülü sulu dərdilər… bu sevda çox uzandı… Səni kimə vermədilər ki, Sarı gəlin…Nənən ölməsin Sarı gəlin…O sənin kim olduğunu sübut edə biləcək yeganə şahiddir, Sarı gəlin…Heç nə etməyək… aman… aman… Sarı gəlin…Səndə dərdinmi var deyirsən, Sarı gəlin?..Mən bir sarı saçlı qız tanıyıram ki, gecələr yuxusuna bir cüt ayaqqabı girir, Sarı gəlin…Ayaqları ilə son dəfə Xocalıdakı evindən çıxıb…O ayaqlarları xilas ola bilib, amma ayaqlarını xilas etmək mümkün olmayıb, Sarı gəlin…Onun ayağına pratez də bağlamaq olmadı, Sarı gəlin…Düz 20 ildir ki, dünya onun çarpayısından kənarda fırlanır, Sarı gəlin…Nənən dözsün, Sarı gəlin…Mən bir sarı saçlı qadın tanıyıram ki, gecələr yuxusunda dörd körpə ilan kimi sürünür, Sarı gəlin…O İmişli düzündəki qaçqın şəhərciyində dörd oğul doğdu…Dördünü də ilan çaldı, Sarı gəlin…Nənənə de ölməyə nə var ki, Sarı gəlin…Mən dərddən saralmış bir nənə tanıyıram ki, bir neçə ay əsir olub, Sarı gəlin…Ağdamın uzaq bir kəndində kasıb komasına sığınıb… heç kimlə danışmır, hamıdan qorxur…Harda “kubik” görsə iki-iki kürəyinə şəlləyib daşıyır, Sarı gəlin…Elə bilir hələ də əsirdir, Sarı gəlin…Sənin dərdində dərddirmi, Sarı gəlin?Nənən bunlara dözərdimi, Sarı gəlin?Nənən bilirmi əsirlik nədir, Sarı gəlin?Bu dərənin uzunu… Çoban, sahiblən quzunu…Nə ola, bir yol görəydim………məzarını…Neynim… aman, aman… neynim aman, aman… Sarı gəlin…Səni bizə verməsinlər, Sarı gəlin… Çıx get burdan, Sarı gəlin…Günü gündən saralırıq, Sarı gəlin…Əl çək bizdən, Sarı gəlin… Tərk et bizi, Sarı gəlin…İmkan ver bir az da torpağı sənin qədər sevək, Sarı gəlin…Gözün aydın, Sarı gəlin…Sənin qədər dinlədiyimiz mahnıların müəllifi Səni seçdi……P.S. Biz öz mahnılarımızı osmanlı türkcəsində oxuduqca, onlar da bizim mahnılarımızı erməni dilində oxumağa başlayacaqlar…
OXŞAR XƏBƏRLƏR