AZXEBER.COM "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Ə.İ.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.
O, oğurladığı vəsaitlə Xəzər rayonunun Şüvəlan qəsəbəsində gündəlik kirayə haqqı 250 manat olan həyət evi tutub, qalan pulu isə əyləncələrə xərcləyib. Məhkəmədə əməlindən peşman olduğunu bildirən Ə.İ. dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş xalası ilə barışdığını qeyd edib.
Məhkəmənin hökmü ilə Ə.İ. şübhəli şəxs qismində saxlanıldığı 2 gün çıxılmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.











































