BAKU.TV Respublika Narkoloji Mərkəzindən xüsusi reportajı təqdim edir.
Mərkəzdə müalicə alan keçmiş narkotik istifadəçisi internat məktəbindən məzun olduqdan sonra çətinliklərlə üzləşdiyini, narkotikdən istifadəyə isə universitetdə dostunun təklifi ilə başladığını deyib.
4 dəfə məhkumluq həyatı yaşayan xəstə narkotikin təsiri altında etdiklərinə görə peşmanlığını dilə gətirib.
Müalicəsinin tamamlandığını deyən keçmiş məhkum artıq ailə qurmaq, övlad sahibi olmaq istədiyini də söyləyib.