"Neolit"də kişini "beş barmaq"la yaralayan İzzətin prodüseri azadlığa buraxıldı

"Neolit"də kişini "beş barmaq"la yaralayan İzzətin prodüseri azadlığa buraxıldı
SOSİAL
13:59 07.09.2017
3839
Avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən "Neolit” şadlıq evində müğənni İzzət Bağırovun işçilərinin döydüyü şəxsdən xəbər var. Həmin gün İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza "beşbarmaq”la zərbələr endirib.
 
Novuz Aslanlının ailəsindən femida.az -a verilən məlumata görə, mətbuatda yayılan məlumatların bir qismi həqiqəti əks etdirmir.

Hadisə baş verən günü Novruz Aslanının övladının yox, yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. Bu zaman İzzət Bağırov "Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Elməddin Nəbiyev İzzət Bağırova "Niyə mənə tərbiyəsiz dediniz?” sualına görə müğənni ilə aralarında gərginlik yaranıb. 

Gərginliyin artdığını görən ailə üzvləri davaya müdaxilə ediblər. Həmin anda Novruz Aslanov "beş barmaq”la İ.Bağırovun prodüseri Elçin tərəfindən vurulub. Məclis iştirakçıları ilə İzzət Bağırov arasında yaranan gərginlik daha sonra kütləvi davaya çevrilib. Restoranın mühafizəçiləri də davaya qoşulub. 

Ailə üzvlərinin sözlərinə görə, hazırda 3 saylı şəhər xəstəxanasında reanimasiya şöbəsində müalicə alan Novruz Aslanlının vəziyyəti ağır olaraq qalır.

Bəs, İzzət Bağırov hadisədən sonra sizinlə əlaqə saxlayıbmı? sualını cavablandıran ailə üzvləri bildirib ki, müğənninin xanımı dəfələrlə onlarla telefon əlaqəsi yaradıb.

"Hadisədən sonra İzzət Bağırovun həyat yoldaşı bir dəfə bizimlə telefonda danışıb. Telefonda dedi ki, İzzət hadisə ilə bağlı üzr istəməyə hazırdır. Hətta bir neçə müğənniləri, Firuzə İbadovanı, Cavanşir Məmmədovu, Zöhrə Abdullayevanı və başqalarını üzrxahlıq üçün yanımıza göndərdilər. Həmin gün İzzət Bağırovun həyat yoldaşı da gəlmişdi. İzzət Bağırov bu günə kimi xəstəxanaya gəlməkdən qorxurdu. Qohumlarımızın ondan qisas alacağını düşünürdü. Bizsə, bunun tam əksini onlara çatdırdıq. Bu gün İzzət özü də xəstəxanaya gəlmişdi. Hadisəyə görə ailəmizdən üzr istədi. Onlar bizə müəyyən məbləğdə pul təklif etsələr də, qəbul etmədik. Bütün xəstəxana xərclərini, vəkil pulunu özümüz ödəmişik.”

Ailə üzvlərinin iddialarına görə, Novruz Aslanının başına zərbələr endirən Elçin polis tərəfindən sərbəst buraxılıb.

"Novruzun başına küt alətlə zərbələr endirən Elçini xəstəxananın həyətində gördük. Onun azadlığa necə buraxıldığını başa düşə bilmirik”, deyə ailə üzvləri bildiriblər. 

Xatırladaq ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir. DİN bu barədə rəsmi məlumat yaymayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu