Nepal hökuməti korrupsiyaya qarşı genişmiqyaslı etirazlardan sonra sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib.
AZXEBER.COM xəbər verir ki, bu gün səhər saatlarında bütün populyar tətbiqlər ölkədə yenidən əlçatan olub.
Etirazlar nəticəsində 19 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.
Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Gurung ötən həftə bloklanmış sosial şəbəkələrə girişin bərpa edildiyini bildirib.
Eyni zamanda, paytaxt Katmanduda mitinqlər və hər hansı kütləvi tədbirlər qadağan edilərək müddətsiz komendant saatı elan edilib.
///"Report"