Nepalda sel fəlakətində ölənlərin sayı artdı

Nepalda sel fəlakətində ölənlərin sayı artdı
DÜNYA
13:21 11.09.2026
75
Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, avqustun 26-da ölkənin Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətraf ərazilərdə baş verən sel nəticəsində ölənlərin sayı 1385 nəfərə çatıb.

Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Agentliyinin məlumatına görə, 5 130 nəfərin axtarışları davam etdirilir.

Fəlakət bölgələrində axtarış-xilasetmə, yardımın paylanması, meyitlərin çıxarılması və digər təcili əməliyyatlara 21 022 təhlükəsizlik əməkdaşı cəlb olunub.

Məlumata görə, sel nəticəsində 13 676 nəfər xilas edilib, 337 yaralı isə xəstəxanaya yerləşdirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR