Nepalda sərnişin avtobusunun çaya düşməsi nəticəsində xeyli insan ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nepalın Tanahun bölgəsində sərnişin avtobusunun Marsyanqdi çayına düşməsi nəticəsində 11 nəfər həyatını itirib.
Təxminən 40 sərnişini olan Hindistan nömrəli sərnişin avtobusunun Nepalın Pokhara bölgəsindən paytaxt Katmanduya getdiyi bildirilib.
Tanahun polis rəsmisi Dipak Kumar Raya da qəzanı təsdiqləyib və səylər nəticəsində 14 nəfərin avtobusdan xilas edildiyini və yaxınlıqdakı xəstəxanalara göndərildiyini bildirib.
Mikayıl